Dövlət başçısının tapşırıqlarının icrasına dair kollegiya iclası keçirilib

Dövlət başçısının tapşırıqlarının icrasına dair kollegiya iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə əlaqədar olaraq İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclası keçirilib. "Olaylar" xəbər verir ki, iqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev çıxış edərək müşavirədə Azərbaycan Respublikası Prezidentinin 2019-cu ilin 9 ayının sosial-iqtisadi göstəricilərini müsbət qiymətləndirdiyini vurğulayıb. Belə ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən kompleks tədbirlər və köklü islahatlar nəticəsində bu dövrdə ÜDM 2,5%, qeyri-neft ÜDM-i 3,5% artıb. ÜDM-də qeyri-neft sektorunun payı 60,7% təşkil edib. Sənayedə 1,7%, qeyri-neft sənayesində 15,6%-lik məhsul istehsalının artımına nail olunub. Toxuculuq sənayesi 39,2%, kimya sənayesi 20,6%, tütün məmulatları istehsalı 78,5%, qida məhsulları istehsalı 15,1%, içki istehsalı 40,4%, ağac emalı və istehsalı 99%, mebel istehsalı 29,5%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 28,2%, kənd təsərrüfatı 7,1%, rabitə xidmətləri 16,4% artıb. Tikinti sahəsində 5,6% azalma olub.Azərbaycanın xarici dövlət borcu ÜDM-in 17%-ni təşkil edir. Bu göstəriciyə görə ölkəmiz dünyada doqquzuncu yerdə qərarlaşıb. Bu ilin yanvar-sentyabr aylarında əsas kapitala 10,1 mlrd. manat sərmayə yönəldilib ki, 6,3 mlrd. manatı qeyri-neft sektoruna, o cümlədən 1,2 mlrd. manatı qeyri-neft sənayesinə yatırılıb. İnflyasiya 2,6% təşkil edib, ərzaq məhsulları 3,5%, qeyri-ərzaq məhsulları 1,3%, xidmətlər 2,4% bahalaşıb. Əhalinin gəlirləri 6,7% artıb və inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31