Bu rayonlara qaz fasilə ilə veriləcək

Bu rayonlara qaz fasilə ilə veriləcək

Bu gün səhər saatlarında Sabirabad rayonunda 219 mm diametrində olan polietilen orta təzyiqli yeraltı "Şəhər-Muğan" daşıyıcı qaz kəmərinin Muğan prospektindən H.Əliyev prospektinə qədər olan hissəsində sazlama işlərinə başlanılıb. "Azəriqaz" İstehsalat Birliyindən "OLAYLAR"-a daxil olan məlumata görə, bu müddət ərzində rayon mərkəzinin bir hissəsində qaz fasilələrlə veriləcək. Xaçmaz rayonunun Vəlvələ kəndi istiqamətində isə istismarda olan qaz xəttində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bir qrup abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31