Ölkədə qızıl istehsalı artıb
Ölkədə qızıl istehsalı artıb
18 Oktyabr 2019 13:28 İqtisadiyyatCari ilin 9 ayı ərzində ölkədə 2 780,7 kq qızıl istehsal edilib. Dövlət Statistika Komitəsindən "Olaylar"a bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,5% çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 186,9 kq hazır məhsul ehtiyatı yaranıb. Bundan başqa, bu ilin 9 ayı ərzində Azərbaycanda 2 870,1 kq gümüş istehsal edilib ki, bu da illik müqayisədə 22,4% çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 71,4 kq hazır məhsul ehtiyatı yaranıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31