Əhalinin gəlirləri 6,7 faiz artıb

Əhalinin gəlirləri 6,7 faiz artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,7% artaraq 42 202,7 mln. manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə əhalinin hər nəfərinə orta hesabla 4 266,2 manatlıq gəlir düşüb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 38 720,1 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,6% çox vəsait qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31