Dövlət Məşğulluq Xidməti 61 791 nəfəri işlə təmin edib
Dövlət Məşğulluq Xidməti 61 791 nəfəri işlə təmin edib
17 Oktyabr 2019 14:23 İqtisadiyyatBu ilin yanvar-sentyabr ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 61 791 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin olunub. Bu barədə "Olaylar"a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, işlə təmin olunanlardan 21 978-i qadınlardır: "Həssas qrupdan olan şəxslərin və gənclərin əmək bazarına çıxşının dəstəklənməsi, onların səmərəli məşğulluğuna şərait yaradılması işləri də davam etdirilib. Belə ki, işlə təmin edilənlərdən 14 989-u gənclər, 3676-sı məcburi köçkünlər, 1805-i isə əlilliyi olan şəxslər olub".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31