"Prezident sosial siyasətin mərkəzində vətəndaş amilinin dayandığını bir daha bəyan etdi"

"Prezident sosial siyasətin mərkəzində vətəndaş amilinin dayandığını bir daha bəyan etdi"

Azərbaycan Prezidentinin yanında keçirilən iqtisadi müşavirədə İlham Əliyevin dərin məzmunlu, əhatəli çıxışı nəinki bu ilin 9 ayının iqtisadi göstəricilərini təhlil etmək, eləcə də həmin dövrdə ölkə həyatında, dünyada baş verən hadisələri qiymətləndirmək baxımından əhəmiyyətlidir. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Depuatat qeyd edib ki, dövlət başçısı uğurlara, qazanılan nailiyyətlərə, həyata keçirilən islahatlara önəm verməklə bərabər həm də gələcək inkişafımıza kölgə salan, insanları narahat edən müəyyən məsələlərə toxundu və hər bir vəzifə sahibinə öz işində məsuliyyətli olmağı tapşırdı.

"Prezidentin çıxışında əksini tapan rəqəmlər, ilin 9 ayı ərzində sənayedə artımın 15 faizdən, qeyri-neft sektorunda 3 faizdən, kənd təsərrüfatında 7 faizdən çox olması, inflyasiyanın aşağı düşməsi, işsizliyin azalması, bütün sahələrdə islahatlar, social sahədə mühüm tədbirlərin həyata keçirilməsi insanların rifah halının ildən-ilə yaxşılaşması və ölkədəki inkişafın dünyanın nüfuzlu beynəlxalq təşkilatları, qurumları tərəfindən yüksək qiymətləndirməsi fərəhləndirici haldır. Ölkə rəhbəri müşavirədə diqqəti keçən ilin president seçkilərindən sonra andiçmə mərasimində etdiyi çıxışa və verdiyi vədə də yönəldərək, qeyd etdi ki, həmin çıxışda müəyyənləşdirilmiş hədəflər proqram xarakterli idi və qarşıya qoyulan hədəflər artıq müvəffəqiyyətlə yerinə yetirilməkdədir. Prezident social siyasətimizin birmənalı olduğunu və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayandığını bir daha bəyan etdi. O, social sahədə islahatların bundan sonra da davam etdiriləcəyini bildirdi. Minimum əmək haqqlarının, pensiyaların artırılmasını, özünüməşğulluq proqramlarının genişlənməsini, ünvanlı social yardım alanların sayının çoxalmasını təbii hesab edən ölkə rəhbəri bu sahədə daha ciddi tədbirlərin görüləcəyini diqqətə çatdırdı. Gələn ilin büdcəsində social məsələlərin geniş əks olunacağına əminliyini bildirən İlham Əliyev həm də büdcədən qənaətlə istifadə olunmasını nəzərə çatdırdı, korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmasının, social-iqtisadi sahədə yol verilən bəzi çatışmamazlıqların tezliklə aradan qaldırılmasının və bundan sonra da islahatlara geniş meydan verilməsinin vacibliyini qeyd etdi. Dövlət başçısının çıxışında qarşıya qoyulan vəzifələr inkişafımıza vüsət vermək, vətəndaşlarımızı narahat edən, düşündürən problemləri aradan qaldırmaq və qulluq sahəsində hər bir dövlət məmurunun məsləhətini almaq baxımından dəyərlidir", deyə Tahir Rzayev bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31