Bu rayonların qaz təchizatında fasilə olacaq
Bu rayonların qaz təchizatında fasilə olacaq
17 Oktyabr 2019 12:33 İqtisadiyyatOktyabrın 17-də "Qaz İxrac" İdarəsinin Qaz Paylayıcı Stansiyalarda aparacağı yenidənqurma işləri ilə bağlı saat 08:30-dan 19:00-dək Sabirabad, Saatlı, İmişli və Şəmkir rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təminatında fasilələr olacaq. "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olan məlumata görə, saat 09:00-dan 18:00-dək diametri 315 mm olan polietilen orta təzyiqli yeraltı qaz xəttində aşkarlanan qaz sızmalarının ləğvi məqsədilə Ağsu rayonunun mərkəzinin bir hissəsi və bir neçə yaşayış məntəqəsində də qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31