Qaz xəttinin zədələnməsi abonentləri qazsız qoydu

Qaz xəttinin zədələnməsi abonentləri qazsız qoydu

Dünən axşam saatlarında "Xaldan Əhali" ölçü qovşağından qidalanan, Yevlax rayonunun 10-dan çox kəndini təbii qazla təmin edən orta təzyiqli qaz xəttini qazıntı aparan şirkətlərdən birinin texnikası ilə zədələyiblər. "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olan məlumata görə, bir qrup abonentin qaz təchizatında fasilə yaranıb. Hazırda "Azəriqaz" İB-nin əməkdaşları ərazidə baş verən fəsadın aradan qaldırılması üçün hazırlıq işləri görür. Qaz təchizatının bərpası oktyabrın 17-də gün ərzində mümkün olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31