9 ayda 195-2 Çağrı Mərkəzinə 15 mindən çox müraciət daxil olub

9 ayda 195-2 Çağrı Mərkəzinə 15 mindən çox müraciət daxil olub

2019-cu ilin 9 ayı ərzində İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 15 mindən çox müraciət daxil olub. Nazirlikdən "Olaylar"a bildirilib ki, müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, güzəştli kreditlərin əldə olunması, istehlakçıların qanuni hüquq və mənafelərinin müdafiəsi, investisiya təşviqi və təsdiqedici sənədlərin alınması və Nazirliyin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.Çağrı Mərkəzinə daxil olmuş müraciətlərin əksər hissəsi operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə Nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.Ümumilikdə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək 195-2 Çağrı Mərkəzinə 92 mindən artıq müraciət daxil olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31