Bu ərazilərə qaz fasilə ilə veriləcək

Bu ərazilərə qaz fasilə ilə veriləcək

Bu gün saat 12:00-dan Qaradağ rayonu, Korgöz, AZNS, Qızıldaş qəsəbələrində bir qrup abonentin və bir neçə mühüm əhəmiyyətli obyektin qaz təminatında fasilələr yaranacaq. Bu barədə məlumat "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olub. Bildirilib ki,  bu zaman "Puta" qaz paylayıcı stansiyası  ərazisində qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi və yararsız vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri icra olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31