“Azərsu” rəhbərliyi cənub zonasında vətəndaşlarla görüşəcək

“Azərsu” rəhbərliyi cənub zonasında vətəndaşlarla görüşəcək

Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin oktyabr ayında  şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov oktyabrın 18-də Lənkəran şəhərində Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə məlumat "OLAYLAR"-a Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, oktyabrın 21-də isə "Azərsu" ASC sədrinin birinci müavini Teyyub Cabbarov Biləsuvar şəhərində Cəlilabad və Cəbrayıl rayonlarının sakinləri ilə görüşəcək. 22 oktyabr tarixində "Azərsu" ASC sədrinin müavini Etibar Məmmədov Masallı  şəhərində Masallı və Yardımlı rayonlarının sakinlərini qəbul edəcək.

Qəbullar Lənkəran və Masallı şəhərlərindəki Heydər Əliyev mərkəzlərində, həmçinin Biləsuvar sukanal sahəsinin inzibati binasında  keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31