Sahibkarlar da Təhsil və Karyera Sərgisinə qatılıblar
Sahibkarlar da Təhsil və Karyera Sərgisinə qatılıblar
11 Oktyabr 2019 12:25 İqtisadiyyatAzərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu dəfə mikro və kiçik sahibkarların 10-12 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgilərində iştirakına dəstək göstərib. KOBİA-dan "Olaylar"a bildirilib ki, sərginin KOB-lar üçün ayrılmış xüsusi stendində təhsil sektorunda fəaliyyət göstərən KOB-lar öz xidmətlərini təqdim edirlər.
Qeyd edək ki, KOBİA startapların, mikro, kiçik və orta sahibkarların müxtəlif sərgilərdə iştirakına, məhsul və xidmətlərini təqdim etməsinə mütəmadi olaraq dəstək göstərir. İndiyədək KOBİA-nın dəstəyi ilə startaplar, mikro və kiçik sahibkarlar Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar, Qida Sənayesi, Hədiyyələr və Promo Məhsulları sərgilərində, "Organic Food Festivalı 2019"da və digər sərgilərdə iştirak ediblər.