Ağcabədinin daha bir yaşayış məntəqəsi qazlaşdırılacaq
Ağcabədinin daha bir yaşayış məntəqəsi qazlaşdırılacaq
10 Oktyabr 2019 11:48 İqtisadiyyatOktyabrın 10-da saat 14:00-dan etibarən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən "Asan Həyat" kompleksinin qazanxanasının qazlaşdırılması məqsədilə yeni çəkilmiş orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri görüləcək. Bu barədə məlumat "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olub. Bildirilib ki, həmin vaxt Ağcabədi şəhəri, bir neçə kənd və qəsəbədə qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31