Beynəlxalq hesabatda Azərbaycan 11 pillə irəliləyib
Beynəlxalq hesabatda Azərbaycan 11 pillə irəliləyib
10 Oktyabr 2019 11:42 İqtisadiyyat"Dünya İqtisadi Forumunun bu gün dərc etdiyi Qlobal Rəqabətqabiliyyətlilik Hesabatında (2019) Azərbaycan iqtisadiyyatı 11 pillə irəliləyərək 141 ölkə içərisində 58-ci yerdə qərarlaşıb". "Olaylar" xəbər verir ki,bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib. Deputat qeyd edib ki, Azərbaycan bu hesabatda dünyada ən çox irəliləyən ölkə olub: "Bununla yanaşı, ölkəmiz İnnovasiya Ekosystemi kateqoriyasında Biznesin Dinamikliyi göstəricisinə görə dünyada 23-cü, İnfrastrukturun inkişafı göstəricisinə görə dünyada 38-ci, İnsan Kapitalı göstəricisinə görə isə dünyada 41-ci yerə yüksəlib. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların nəticələrinin daha bir beynəlxalq platformada əks olunmasıdır".