Azərbaycanın 18 şirkətinin qida məhsulları “Made in Azerbaijan” brendi ilə nümayiş olunur

Azərbaycanın 18 şirkətinin qida məhsulları “Made in Azerbaijan” brendi ilə nümayiş olunur

Almaniyanın Köln şəhərində təşkil edilmiş "Anuga 2019" beynəlxalq ərzaq sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə  18 Azərbaycan şirkətinin istehsalı olan qida məhsulları "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunur. "Olaylar" xəbər verir ki, Azərbaycan məhsulları sərgiyə gələnlər tərəfindən böyük maraqla qarşılanır.Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici tərəfdaşları ilə görüşlər keçirir, ixraca dair müzakirələr aparırlar. Artıq Azərbaycanın fındıq istehsalı ilə məşğul olan "Azərstar" şirkəti Litvadan olan şirkətlə 22 ton fındıq ləpəsinin ixracına dair müqavilə imzalayıb.Bundan başqa, "Ləzzət Biskvit və Şokolad Fabriki" şirkətinin 20 ton qənnadı məmulatının ixracına dair ilkin razılıq əldə olunub. "Anuga 2019" beynəlxalq ərzaq sərgisi oktyabrın 9-da başa çatır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31