33 rayon üzrə 51 aqropark və fermer təsərrüfatı yaradılır
33 rayon üzrə 51 aqropark və fermer təsərrüfatı yaradılır
8 Oktyabr 2019 15:14 İqtisadiyyatHazırda respublikanın 33 rayonu üzrə 262 min hektar ərazidə 51 aqropark və iri fermer təsərrüfatının yaradılması üzrə işlər davam etdirilir. Bu aqropark və iri fermer təsərrüfatlarından 27-nin yaradılmasına 192 milyon manat dövlətin güzəştli krediti verilib. "Olaylar"ın İqtisadiyyat Nazirliyindən əldə etdiyi məlumata görə, bu günlərdə keçirilən işgüzar forum çərçivəsində Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 33 sahibkarın heyvandarlıq, bağçılıq, çörək istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə 538 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması nəticəsində 50-dək iş yerinin açılması imkanı yaranacaq. Ümumilikdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7000-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 590 milyon manatdan çox güzəştli kredit verilib.