Nazir müavini: “ İnvestisiya layihələri çərçivəsində 3800-dək iş yeri yaradılıb”

Nazir müavini: “ İnvestisiya layihələri çərçivəsində 3800-dək iş yeri yaradılıb”

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Okytabrın 8-də bu istiqamətdə növbəti tədbir - sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum Samux rayonunda keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, 100-dən çox sahibkarın iştirak etdiyi forum çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondundan güzəştli kreditlərin verilməsi mexanizmi barədə treninq  təşkil edilib, Samux rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan taxılçılıq, kartofçuluq, tərəvəzçilik, üzümçülük, intensiv bağçılıq, cins heyvandarlıq təsərrüfatlarının və süd emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. 

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkədə sahibkarlığın inkişafı və özəl bölmənin iqtisadiyyatda rolunun daha da artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun özəl bölmənin inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sahəsində gördüyü işlər barədə danışan Sahib Məmmədov bu ilin ötən dövründə sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 132,6 milyon manat güzəştli kredit verildiyini, bu investisiya layihələrinin reallaşdırılmasının 3800-dək iş yerinin yaradılmasına imkan yaratdığını bildirib. Bu müddətdə verilən güzəştli kreditlərin 65%-i ölkə regionlarının, 35%-i isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür. Bu kreditlərin 74,4%-i aqrar sektorun, 25,6%-i sənaye və digər sahələrin inkişafına yönəldilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31