İraqda neft ixracı rekord həddə çatıb

Bu ilin martında İraqda neft ixracı 15 faiz artaraq son 23 il ərzində ən yüksək həddə qalxıb."Azadinform" "Lenta.ru"ya istinadən xəbər verir ki, neft nazirliyinin nümayəndəsi Assem Cihad bildirib ki, İraq ötən ay gün ərzində 2,31 milyon barel neft ixrac edib. Fevralda isə bu göstərici təxminən 2  milyon barel olub. Martda neft satışından 8,4 milyard dollar gəlir əldə olunub. Neft ixracının artması bu ilin fevralında Fars körfəzində yeni neft terminalının açılışına səbəb olub. Ekspertlərin fikrincə, bu dünya bazarında  neftin qiymətinin qalxmasını dayandıra bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31