Azərbaycan-Rusiya Regionlararası Forum keçiriləcək

Azərbaycan-Rusiya Regionlararası Forum keçiriləcək

Dekabrda Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumunun keçirilməsi planlaşdırılır. "Olaylar" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev deyib: "Azərbaycan-Rusiya əməkdaşlığında regionlararası əlaqələrin rolu xüsusi qeyd olunmalıdır. Ölkəmizin Rusiyanın 80-ə yaxın federal subyekti ilə iqtisadi əlaqələri mövcuddur. Bu subyektlərdən 20-si ilə iqtisadi-ticarət, elmi-texniki və mədəni əməkdaşlığa dair sazişlər imzalanıb. Ənənəvi olaraq keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu Rusiya Federasiyası və onun subyektləri ilə əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli platformadır. Bu ilin dekabr ayında Moskva şəhərində 10-cu forumun keçirilməsi nəzərdə tutulur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31