Magistral qaz xətlərində təmir işləri həyata keçirilir
Magistral qaz xətlərində təmir işləri həyata keçirilir
4 Oktyabr 2019 12:09 İqtisadiyyatOktyabrın 4-də səhər saat 10:00-dan etibarən Abşeron rayonu Masazır qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırma işləri aparılacaq və bu zaman qəsəbənin qaz təchizatında fasilələr yaranacaq. "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata gör, saat 10:00-dan etibarən SOCAR-ın "Qaz İxrac" İdarəsi yüksək təzyiqli qaz xəttini mənbəyə birləşdirərkən isə Zərdab rayonunun mərkəzi və bir neçə yaşayış mənqəsinin qaz təchizatı dayandırılacaq. Bundan başqa saat 10:00-dan 16:00-dək Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində "Ordahal-Yardımlı" magistral qaz xəttinin 8-ci km-liyində qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi ilə bağlı qaz təminatında fasilələr olacaq.