İstismar müddəti bitmiş sayğaclar yenisi ilə əvəzlənir

İstismar müddəti bitmiş sayğaclar yenisi ilə əvəzlənir

Bakı şəhərində, eləcə də "Azəriqaz" İstehsalat Birliyinin Gəncə, Ağsu və Salyan Regional qaz istismarı İdarələrində (RQİİ) istismar müddətini başa vurmuş mexaniki, köhnə nəsil smart-kart tipli qaz sayğaclarının yeni müasir smart-kart tipli İtron Gallus Pay G-4 NGPP sayğaclarla əvəzlənməsi davam edir. "Azəriqaz" İstehsalat Birliyindən "OLAYLAR"-a bildirilib ki, təkcə Ağsu RQİİ-nin xidmət sahələrində avqustun 1-dən oktyabrın biri tarixinədək 3149 sayğac yenisi ilə əvəzlənib. Qeyd edilən regional idarə üzrə bundan sonra ümumilikdə dəyişdirilməli sayğacların sayı 50 285 ədəddir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31