Qaz xəttində sızma aşkar edilib
Qaz xəttində sızma aşkar edilib
2 Oktyabr 2019 12:09 İqtisadiyyatOktyabrın 2-də səhər saat 10:00-dan etibarən Binəqədi rayonu, Sulutəpə və Xocahəsən qəsəbələrində qaz təchizatında fasilələr yaranacaq. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı "Azəriqaz" İstehsalat Birliyi verib. Bildirilib ki, buna səbəb "Biləcəri (Sulutəpə)" ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı aparılacaq təmir işləridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31