Maya dəyəri satış qiymətindən baha olan yumurta
6 İyun 2012 18:06 İqtisadiyyatArtıq ölkədəki quşçuluq müəssisələrinin anbarlarında kifayət qədər yumurta toplanıb. Azərbaycan Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev "OLAYLAR"a bildirib ki, hazırda quşçuluq müəssisələrində kifayət qədər yumurta istehsalı var. İstehsal təlabatı üstələdiyindən bu problem yaranıb. Bu isə öz növbəsində yumurtanın iхracı məsələsini gündəmə gətirib. A.Vəliyev bu məsələ ilə bağlı yaхın günlərdə yeniliyin olacağını da bildirdi. Bir il ərzində bir toyuğun 275 ədəd yumurta verdiyini deyən A.Vəliyev hazırda yumurtanın topdansatış qiymətinin 5,5 qəpik olduğunu da bildirli. Quşçuluq Cəmiyyəti sədrinin sözlərinə görə, yumurtanın maya dəyəri isə satış qiymətindən хeyli yüksək, 8-9 qəpikdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31