Kirayə evlərlə bağlı müraciətlər nə vaxt aktivləşdirilə bilər? EKSPERT

Kirayə evlərlə bağlı müraciətlər nə vaxt aktivləşdirilə bilər?EKSPERT

Vüqar Bayramov: "İpoteka və Kredit Zəmanət Fondunun "susqunluqunu" anlamaq çətindir"

Məlum olduğu kimi cari ilin əvvəlində prezident İlham Əliyeb tərəfindən "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında" Fərman imzalanıb. Fərmana əsasən ölkədə əhalinin yaşayış sahəsi ilə təminatı mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi vəsaiti yetərli olmayan vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsi, satmaq öhdəliyi ilə kirayə hüquq münasibətlərinin inkişafının təmin edilməsi məqsədilə İpoteka və Kredit Zəmanət Fonduna müəyyən səlahiyyətlər verilib. Ardınca "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası" təsdiq edilib. Bununmla da yaşayış sahəsinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi müvafiq müqavilə əsasında yaşayış sahəsinin istifadəyə təhvil verilməsini və bu Qaydada müəyyən edilmiş şərtlərlə kirayəçiyə özgəninkiləşdirilməsini nəzərdə tutur. Belə ki, satmaq öhdəliyi ilə kirayəyə vermək məqsədilə yaşayış sahələrinin satın alınması Fondun kapitalı; Fondun emissiya etdiyi istiqrazlardan daxil olan vəsait hesabına həyata keçirir.

Bu zaman

kirayəçi Azərbaycan Respublikasının vətəndaşı olmalıdır, müraciət tarixinə kirayəçinin vaxtı keçmiş öhdəlikləri (bank kreditləri və digər məcburi ödənişlər üzrə) olmamalıdır, yaşayış sahəsinin bazar qiymətini müstəqil qiymətləndirici müəyyən etməlidir, kirayə müqaviləsi 3 ildən 25 ilədək müddətə bağlanmalı və notariat qaydasında təsdiqlənməlidir, kirayə müqaviləsi bağlanıldıqdan sonra alış qiymətinin tam ödənişi 3 ildən tez həyata keçirilməməlidir, kirayə müqaviləsi bağlanıldıqdan sonra kirayəçi aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir,"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaşayış sahəsi üzərində kirayəçinin kirayə hüququ dövlət qeydiyyatına alınmalıdır, yaşayış sahəsi müstəqil qiymətləndiricinin müəyyən etdiyi bazar qiymətindən az olmamaq şərtilə sığortalanmalıdır.

Maraqlıdır, sözügedən fərmanin imzalanmasından keçən müddətdə nə işlər görülüb və hansı evlər kirayə olaraq təklif olunacaq? İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, prosesə məsul İpoteka və Kredit Zəmanət Fondu tərəfindən bu arada, demək olar, heç bir rəsmi açıqlama yayılmadığından sadəcə monitorinqlər nəticəsində prosesi hansı mərhələdə olduğunu müəyyənləşdirmək mümkündür. Digər tərəfdən, bu layihəyə ictimai tələbin və marağın yüksək olduğunu nəzərə aldıqda fondun "susqunluqunu" anlamaq çətindir. Halbuki fond mütəmadi olaraq ictimaiyyəti məlumatlandırmalı və görülən işlər ilə bağlı mətbuat ilə müntəzəm əməkdaşlıq etməlidir: "İndiyədək bu layihə çərçivəsində hansı işlərin görüldüyünə gəldikdə isə qeyd etmək lazımdır ki, artıq müraciət mexanimzi hazırdır və müraciətin aktiv hala gətirilməsinə ehtiyac var. Belə ki, fondun təklif edəcəyi mənzillərlə bağlı kirayə yaşayış sahələri barədə ətraflı məlumatın olması (binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı, plan-cizgisi, aylıq ödənişi və s.) və bu məlumatlar üzrə istifadəsi sadə olan axtarış imkanının yaradılması həyata keçiriləcək. Burada da məqsəd kirayə mənzilə sahib olmaq istəyən vətəndaşlarımız zonalar və eləcə də mənzil parametrləri üzrə məlumatları axrarış sistemi vasitəsi ilə əldə etməkdir. Digər tərəfdən, kirayə müqaviləsi bağlamaq üçün müraciət etmiş şəxsin imkanının kirayə kalkulyatoru vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsi üçün kalkulyatorun hazırlanması həyata keçirilir. Kirayə evlər üçün müraciət elektron olacaq və müraciətlərə növbəlik əsasında baxılacaq. Müraciət yalnız İpoteka və Kredit Zəmanət Fondu vasitəsi ilə deyil həmçinin "ASAN xidmət" mərkəzləri vasitəsilə həyata keçiriləcək. Vətəndaşlar həmçinin "ASAN xidmət" mərkəzləri vasitəsilə ilədə kirayə evlərə müraciət edə biləcəklər".

Onun sözlərinə görə, kirayə evlər üçün əsas maliyyə bazası fondun yerləşdirdiyi istiqrazlardan əldə edilən gəlir olacağı gözlənilir Fond 110 milyon manatlıq istiqraz yerləşdirməsi prosesinə başlayıb. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu"nun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 25 iyun 2019-cu il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 110 milyon manat, bir istiqrazın nominal dəyəri min manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir. Qeydiyyata almadan qısa müddət sonra fond istiqrazların yerləşdirilməsi barədə elanlar yerləşdirməyə başlayıb. 22 İyul, 19 avqust, 13 sentyabr tarixində belə elanlar fond tərəfindən yayımlanıb. Sonuncu dəfə, sentyabrın 13-də fond 30 milyon manatlıq istiqraz satıb. Deməli, fond maliyyə cəlb edir. Adi ipoteka kreditlərin verilməsinin, demək olar, dayandırıldığını nəzərə aslaq fondun bu vəsaiti kirayə təklif etmək üçün mənzillərin alışına yönəltdiyini güman etmək olar: "Rəsmi açıqlamalar yayılmasa da bizdə olan məlumata görə, fond birinci mərhələdə Sumqayıt, Bakı ətrafında mənzillərin alınmasına üstünlük verir. Xüsusən də Xirdalan, Masazır kimi şəhər ətrafı yerlərdə daha çox mənzil təklif edilməsi gözlənilir. Amma təbii ki, mərhələ şəkildə paytaxtın mərkəzi zonalarında da belə mənzillər olacaq. Güman olunur ki, marağın yüksək olmasını nəzərə alaraq fond çalışır ki, müraciət başlayan zaman daha çox mənzil təklif etmək imkanı olsun ki, tələbi müəyyən hissəsini qarşılaya bilsin. Bununla belə, mövcud şərtlər daxilndə fond kirayə evlər ilə bağlı müraciəti bu il aktivləşdirə bilər".

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31