Xiyar ucuzlaşıb, pomidor isə bahalaşıb

May ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,4 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 1,3, çoxillik bitkilərin istehsalçı qiymətləri 0,5 faiz ucuzlaşib. Statistika Komitəsindən verilən məlumata görə,  diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3 faiz bahalaşıb. Birillik bitkilərdən göyərtilərin istehsalçı qiymətləri 8,9, xiyarın 17,1, baş sarımsağın 4,9, baş soğanın 0,6, yoncanın 8,9, quru otun istehsalçı qiymətləri 2,0 faiz ucuzlaşib.   Pomidorun istehsalçı qiymətləri 0,9, yaşıl lobyanın 2,1, bibərin 1,1, kartofun istehsalçı qiymətləri isə 0,1 faiz bahalaşıbıb.
Çoxillik bitkilərdən armudun istehsalçı qiymətləri 3,5 faiz, limonun 1,4 faiz, fındığın 4,5 faiz, albalı və gilasın 0,7 faiz, çiyələyin istehsalçı qiymətləri 3,6 faiz ucuzlaşıb, alçanın istehsalçı qiymətləri isə 5,7 faiz bahalaşıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31