Ərzaq məhsullarının qiymətləri 1,9 faiz ucuzlaşib

2012-ci ilin may ayında ərzaq məhsullarının qiymətləri 1,9 faiz ucuzlaşib. Əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,2 faiz bahalaşib,  qeyri-ərzaq mallarının qiymətləri sabit qalıb. Statistika Komitəsindən verilən məlumata görə,  ay ərzində ərzaq məhsullarından unun, manna və qarabaşaq yarmalarının, çörəyin, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, kərə yağının, günəbaxan və zeytun yağlarının, şəkər və şəkər tozunun, portağalın, bananın, almanın, armudun, albalı və gilasın, alçanın, çiyələyin, şabalıdın, göyərtinin, kələmin, pomidor və xiyarın, bibərin, badımcanın, göy lobyanın, sarımsağın, göbələyin, kartofun qiyməti ucuzlaşıb. Ucuzlaşma ilə yanaşı may ayında limonun, naringinin, çuğundurun, kökün, soğanın qiymətlərində də bahalaşma müşahidə olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31