“Worldfood Moscow 2019” Sərgisində 33 Azərbaycan şirkəti təmsil olunurb
“Worldfood Moscow 2019” Sərgisində 33 Azərbaycan şirkəti təmsil olunurb
25 Sentyabr 2019 13:30 İqtisadiyyatRusiya Federasiyasının paytaxında təşkil edilmiş "Worldfood Moscow 2019" Beynəlxalq Ərzaq Sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 33 Azərbaycan şirkətinin istehsalı olan qida məhsulları, şərab və digər spirtli içkilər "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunur. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr də aparacaqlar. "Worldfood Moscow 2019" Beynəlxalq Ərzaq Sərgisi sentyabrın 27-dək davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31