Prezidentin ilin əvvəlindən elan etdiyi yeni siyasət kursu əvvəlki illərdən xeyli fərqlənirdi
Prezidentin ilin əvvəlindən elan etdiyi yeni siyasət kursu əvvəlki illərdən xeyli fərqlənirdi
24 Sentyabr 2019 13:40 İqtisadiyyat"Cənab İlham Əliyevin ilin əvvəlində elan etdiyi yeni siyasət kursu islahatların strukturuna, əhatə dairəsinə və hədəflərinə görə əvvəlki illərdən xeyli fərqlənirdi". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc səsləndirib. O, qeyd edib ki, islahatlar sayəsində bugünkü cəmiyyətimiz 10, 20, 30 il əvvəlki illərdəki vəziyyətdən sadəcə xronoloji hesab edilən müddətlə fərlənmirdi: "Burada fədakarlıqla görülən quruculuq işləri yaşadığımız yeni gerçəklikləri - nəhəng infrastrkuturun formalaşmaşmasını, transmilli layihələrin gətirdiyi gəlirlərin ölkəmizin bütün sahələrində yaratdığı keyfiyyət dəyişiklikləri inkarolunmaz gerçəkliyə çevirdi. Həqiqət bundan ibarətdir ki, tarixi hadisələrin düzgün qiyməti zaman keçdikcə verilir. Bizə görə söhbət qətiyyən əvvəlki illərin üzərinə kölgə salmaqdan, ondan imtina edilməsindən getmir, əksinə dövlətimizin iqtisadi-siyasi gücünü müəyyən edən bütün uğurları qoruyub saxlamaqla quruculuğun yeni modeli irəli sürülür, problemləri həll etməyin fərqli yolları elan olunurdu".