Gəncədə qaz sızması aşkar edilib

Gəncədə qaz sızması aşkar edilib

Sentyabrın 24-də səhər saat 09:00-dan bir neçə orta təzyiqli qaz kəmərində aşkarlanan qaz sızmalarının ləğvi işləri icra edilir. Bu barədə məlumat "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olub. Bildirilib ki,   "Gəncə şəhər-1", "Maşınqayırma", "Gəncə şəhər-2", "Avtozavod" orta təzyiqli qaz xətlərində və "Bağmanlar" ölçü qovşağında aparılacaq işlər zamanı Gəncə şəhərinin bir hissəsində qaz təchizatı dayandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31