Sahibkarlar üçün onlayn maarifləndirmə tədbiri keçiriləcək
Sahibkarlar üçün onlayn maarifləndirmə tədbiri keçiriləcək
23 Sentyabr 2019 14:42 İqtisadiyyatİqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sentyabrın 25-də saat 11.00-da sahibkarlar üçün korporativ idarəetmə və onun şirkətin səmərəli fəaliyyətində rolu, daxili bazar araşdırmaları və investisiya təşviqi sənədi mövzularında onlayn maarifləndirici tədbir keçiriləcək. Nazirlikdən "Olaylar"a bildirilib ki, Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə təşkil olunacaq onlayn tədbirdə İqtisadiyyat Nazirliyi və KOBİA-nın nümayəndələri tərəfindən müvafiq mövzular üzrə sahibkarlar məlumatlandırılacaq, onları maraqlandıran suallar cavablandırılacaq. Tədbirə ölkənin istənilən yerindən internetə çıxışı olan kompüter, planşet və mobil telefondan istifadə olunmaqla qoşulmaq mümkündür.
KOBİA-nın ölkənin 14 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları onlayn tədbirə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstərəcək.Onlayn maarifləndirici tədbirlə bağlı daha ətraflı məlumatı bu linkdən əldə etmək olar: