Şimal zonasında 1000-dən çox abonentin qaz təchizatında problem yaranıb

Şimal zonasında 1000-dən çox abonentin qaz təchizatında problem yaranıb

Qusar-Xudat yolunun sol tərəfindən keçən diametri 219 mm olan qaz xəttinin 150 metrlik hissəsinin yeri dəyişdirilir. "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, bu işə bu gün səhər saatlarından start verilib. Təmir müddətində, həmin ərazidə yaşayan mindən çox abonentin qaz təchizatında fasilə olacaq. Bundan başqa Xaçmaz Regional qaz istismarı İdarəsinin əməkdaşları aşkarlanan qaz sızmalarının ləğvi işlərini də icra edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31