Yeni salınmış üzüm bağlarının hər hektarına görə fermerə 600 manat subsidiya veriləcək

Yeni salınmış üzüm bağlarının hər hektarına görə fermerə 600 manat subsidiya veriləcək

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2020-ci ildən başlayaraq ilk 4 il ərzində üzüm bağlarının hər hektarına görə fermerə 600 manat subsidiya veriləcək. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a bildirilib ki, bu qərar 2019-cu ildən salınmış üzüm bağlarına şamil edilir. 2019-cu ildən əvvəl salınmış üzüm bağlarına görə isə hər hektara 240 manat subsidiya ödəniləcək. Belə ki, 2019-ci ildə 10 hektar üzüm bağlı salmış fermer 2020-2023 cü illərdə hər il 6 min manat, 2024-cü ildən başlayaraq isə 2400 manat subsidiya alacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31