Deputat: ““Əsrin müqaviləsi” Azərbaycanın hərtərəfli və sürətlə inkişafı üçün zəmin yaratdı”

Deputat: ““Əsrin müqaviləsi” Azərbaycanın hərtərəfli və sürətlə inkişafı üçün zəmin yaratdı”

"1994-cü ildə bağlanmış "Əsrin müqavilə"si ölkədə sabitliyi təmin etdi, Azərbaycanın hərtərəfli və sürətlə inkişaf etməsi üçün zəmin yaratdı". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Rauf Əliyev qeyd edib ki, müqavilə uzunmüddətli yatrımlar tələb etdiyi üçün xarici şirkətlər və onların təmsil etdiyi dövlətlər stabil investisiya mühütinin qorunmasında maraqlı idilər: "Bütün aparıcı beynəlxalq sərmədarların layihələrə daxil edilməsi Azərbaycanın dünyanın böyük güclərinin geosiyasi maraqlarını balanslaşdıran xarici siyasət məqsədlərinə xidmət edirdi. Bu müqavilə yenidən Azərbaycanı dünyanın neft xəritəsinə yerləşdirdi. Müqavilə maliyyə baxımından da Azərbaycan üçün sərfəlidir. Müqavilə Azərbaycanın qlobal neft bazarına çıxmasına şərait yaratdı və dövlət büdcəsi üçün böyük həcmdə gəlir mənbəyi yaratdı. Müqavilənin şərtləri imkan verir ki , Azərbaycan bu layihədə iştirak edən xarici şirkətlərdən daha çox gəlir əldə etsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31