Əmanətlərin Sığotalanması Fondu AİİB-ın vəsaitini niyə qaytarmır?
Əmanətlərin Sığotalanması Fondu AİİB-ın vəsaitini niyə qaytarmır?
19 Sentyabr 2019 13:25 İqtisadiyyat"Əmanətlərin sığotalanması fondu "Azad İstehlakçılar"İctimayi Birliyinin (AİİB) vəsaitin qaytarmaq barədə fikirləşmir". "Olaylar" xəbər verir ki, bunu deyən AİİB sədri Eyub Hüseynov Azərbaycan Respublikasının Maliyyə Bazarıarına Nəzarət Palatası İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışova müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, "Azad İstehlakçılar"İctimayi Birliyinin(AİİB) bank hesabı uzun illər ləğv olunmuş "Dəmir Bank"ASC-də olmuş və bank ləğv olunan zaman AİİB-in bankda 326,21AZN vəsaiti qalmışdır. Bu barədə AİİB-ə 12.02.2018 tarixdə 0409 saylı qəbz təqdim olunmuşdur: "Dəfələrlə AR-sı Əmanətlərin Sığortalanması Fonduna gedib qəbzi təqdim edərək təşkilatın vəsaitinin ödənməsini xahiş etsək də, burada koxoz bazarı mühitinin hökm sürdüyünü, inkişaf etmiş doğma Azərbaycanımızın adına-sanına yaraşmayan işçi heyyətinin,"bilmirəm, baxarıq və.s" məntiqsiz, qanunlara əsaslanmayan cavabları və hec bir əməli iş görməmələri bir ictimai qurum olaraq bizi təəccübləndirir və əlbəttə bu sahəyə dair mənfi ictimayi rəy formalaşdırmağa məcbur edir".