SOCAR-ın prezidenti Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri ilə görüşüb

SOCAR-ın prezidenti Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri ilə görüşüb

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. "OLAYLAR" ARDNŞ-ə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və SOCAR-ın bölgədə başlıca enerji təchizatçısı olduğu qeyd edilib, Gürcüstana qaz tədarükü ilə bağlı məsələlər müzakirə olunub. Azərbaycan və SOCAR-ın liderliyi ilə həyata keçirilən Cənub Qaz Dəhlizi, "Şahdəniz-2" kimi layihələrin regional və qlobal əhəmiyyəti vurğulanıb, bu layihələrin sona yaxınlaşmasından və uğurlu təcrübəsindən bəhs edilib. Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Turnava SOCAR-ın Gürcüstanda qazpaylama şəbəkəsinin operatoru kimi uğurlu fəaliyyətindən ətraflı söz açıb, əməkdaşlığın perspektivlərindən danışıb. Görüşdə Gürcüstan hökumətinin müəyyən etdiyi bazar şərtləri çərçivəsində SOCAR-ın bu ölkədə dayanıqlı fəaliyyətinin təmin olunması, qoyulan sərmayələrin dəyərinin Azərbaycana qayıtması şərti ilə qarşılıqlı faydalı, optimal və effektli tərəfdaşlıq düsturu və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31