Sahil Babayev: “Həyata keçirilən islahatlar ümumilikdə 4,2 miyondan çox insanın yaşayışına müsbət təsir edib”

Sahil Babayev: “Həyata keçirilən islahatlar ümumilikdə 4,2 miyondan çox insanın yaşayışına müsbət təsir edib”

Prezident İlham Əliyevin siyasətinin ana xəttinin sosialyönümlü olması 2018-2019-cu illərdə həyata keçirilən inqilabi islahatlarda bir daha özünü göstərdi. Həyata keçirilən islahatlar ümumilikdə 4,2 miyondan çox insanın yaşayışına müsbət təsir edib". "Olaylar" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir qeyd edib ki, hələ ötən ildən reallaşdırılan yeni islahatlar kursu artıq bütün sahələrdə, o cümlədən sosial sahə üçün uğurlu nəticələrini verib. O, bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST Agentliyi dövlət sosial xidmətləri sahəsində yeni olmasına baxmayaraq, artıq 30 mindən çox şəxs DOST xidmətlərindən faydalanıb və bu xidmətlərdən keyfiyyətindən vətəndaşların məmnunluq səviyyəsi 94 faizi keçir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31