Pirallahı rayonunun qaz təchizatı dayandırıldı
Pirallahı rayonunun qaz təchizatı dayandırıldı
17 Sentyabr 2019 14:08 İqtisadiyyat"Pirallahı yeni" və "Bir may" ölçü qovşağına gələn qaz xəttində aparılan təmir işləri ilə əlaqədar Pirallahı rayonunda bu gün səhər saatlarında bir qrup abonentin qaz təchizatı dayandırılıb. Bu barədə məlumat "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olub. Bildirilib ki, təmir işləri yekunlaşan kimi qazın verilişi bərpa olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31