Qəza 350 abonenti qazsız qoydu
Qəza 350 abonenti qazsız qoydu
17 Sentyabr 2019 13:07 İqtisadiyyatBu gün səhər saatlarında Xəzər rayonu, "Binə Sovxozu" deyilən yaşayış massivində Kamaz markalı yük avtomobili ilə 108 mm diametrində olan qaz xətti yararsız hala salınıb. "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olan məlumata görə, kəmər dayaqlardan qopardılaraq yerə salınıb. Hazırda baş verənlərə görə 350 abonentin qaz təminatı dayandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31