Əflatun Amaşov QDİƏT PM-ın iclasına qatılacaq
Əflatun Amaşov QDİƏT PM-ın iclasına qatılacaq
17 Sentyabr 2019 11:04 İqtisadiyyatMilli Məclisin deputatı Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 53-cü iclasında iştirak etmək üçün sentyabrın 17-də Türkiyənin Giresun şəhərinə səfər edəcək. "Olaylar" xəbər verir ki, yığıncaqda "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında ikili vergilərin aradan qaldırılması məqsədi ilə güzəştli ticari razılaşmaların bağlanması" mövzusunda müzakirələr aparılacaq.Tədbirdə Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə bağlı təqdimat keçiriləcək, təşkilatın cari fəaliyyəti barədə məlumat veriləcək. Həmçinin, komitənin növbəti iclasının yeri, vaxtı və gündəliyi müəyyənləşdiriləcək. Səfər sentyabrın 20-də başa çatacaq.