Azərbaycan 177 ölkə ilə ticarət əməliyyatları həyata keçirib

Azərbaycan 177 ölkə ilə ticarət əməliyyatları həyata keçirib

2019-cu ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 177 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 107 ölkəyə məhsul ixrac olunmuş, 164 ölkədən idxal olunmuşdur. "Olaylar" Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 19932,8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 11499,1 milyon dollar, idxalın dəyəri 8433,7 milyon dollar təşkil etmiş, nəticədə 3065,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 14,0 faiz, real ifadədə isə 6,0 faiz, o cümlədən idxal 15,6 faiz, ixrac 1,2 faiz artmışdır.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 30,1 faizini İtaliyaya, 12,2 faizini Türkiyəyə, 6,1 faizini İsrailə, hər biri 5,6 faiz olmaqla Hindistan və Çinə, 4,9 faizini Almaniyaya, 3,8 faizini İspaniyaya, hər biri 3,4 faiz olmaqla Rusiya və Çexiyaya, 3,3 faizini Fransaya, 3,1 faizini Gürcüstana, 2,4 faizini Portuqaliyaya, 2,2 faizini Ukraynaya, 13,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31