Birjalarda neftin qiyməti kəskin artıb
Birjalarda neftin qiyməti kəskin artıb
16 Sentyabr 2019 12:50 İqtisadiyyatDünya birjalarında Brent neftinin dəyəri ilk dəfə 66 dolları/bareli ötüb.
Olaylar.az "Bloomberg"ə istinadən bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 4.93$ yəni, 8.99% artaraq 59.78$-da qərarlaşıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 6.08$, yəni, 10.10% bahalaşaraq 66.30$-a təklif olunub.
Neftin qiymətinin kəskin artımına səbəb isə S.Ərəbistanının neftin nəqli ilə bağlı yarandığı problemlə bağlı olduğu ehtimal edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31