4 rayonun qaz təchizatı dayandırılır

4 rayonun qaz təchizatı dayandırılır

Sentyabrın 16-da səhər saat 10:00-dan işlər başa çatanadək Yevlax, Ağdam, Bərdə və Tərtər rayonlarının bir neçə yaşayış məntəqələrində qaz təchizatı dayandırılacaq. "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olan məlumata görə,  bu müddət ərzində "Qaz İxrac" İdarəsinin balansında olan "Yevlax-Naxçıvan" magistral qaz kəmərinin 9-cu km-də aşkar olunmuş qaz sızmalarının ləğvi və filtr-separatorun quraşdırılması işləri icra olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31