Çin və Braziliya ABŞ dollarından imtina etdilər

Dünya Bankına alternativ olan BRICS üçün 50 milyard dollar sərmayə ayrılıb

Braziliya, Rusiya, Hindistan, Çin və CAR Dünya Bankına alternativ olaraq BRICS adlı bank yaratmaq razılığına gəliblər.  CAR-ın Durban şəhərində keçirilən zirvə görüşündə BRICS-ın yaradılması üçün 50 milyard dollar sərmayə ayrılıb.  BRICS-in Dünya Bankı və Beynəlxalq Pul Fondunun ədalətsiz qərarlarına qarşı yaradılıb.  Həmçinin görüşdə bankın İqtisadi Konserni formalaşdırılıb. Türkiyə mətbuatının məlumatına görə həmçinin zirvədə Çin və Braziliya isə ikitərəfli iqtisadi əlaqələrdə ABŞ dollarından imtina edərək milli valyutadan istifadə etmək haqqında razılığa gəliblər. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31