Gürcüstanın İqtisadiyyat naziri Bakıya gələcək
Gürcüstanın İqtisadiyyat naziri Bakıya gələcək
16 Sentyabr 2019 11:28 İqtisadiyyatGürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava sentyabrın 17-də Bakıya səfər edəcək. "Olaylar" xəbər verir ki, səfərin məqsədi Azərbaycan ilə Gürcüstan arasında iqtisadi münasibətlərin, əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparmaqdır. Səfər çərçivəsində Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının növbəti iclasının keçirilməsi barədə müzakirələr aparılacaq. Gürcüstan nümayəndə heyətinin Bakıda bir sıra görüşləri də nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31