Yeni kartların alınmasında növbələr müşahidə edilmir
Yeni kartların alınmasında növbələr müşahidə edilmir
13 Sentyabr 2019 17:07 İqtisadiyyatÖtən həftə smart kart tipli sayğacların kartlarının verilməsi zamanı "ASAN Kommunal" mərkəzlərində müşahidə olunan abonent sıxlığı görülən operativ tədbirlər nəticəsində xeyli stabilləşib. "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olan məlumata görə, artıq böyük növbələr qeydə alınmır. Əgər ötən həftə gün ərzində "ASAN Kommunal" mərkəzləri və "Azəriqaz" İstehsalat Birliyinin xidmət sahələrinə daxil olan 1500-dək müraciətin əksəriyyəti kartların alınması ilə bağlı olurdusa, hazırda gündəlik 1300-dək müraciətin cəmi 350-400-ü yeni kartların alınması barədədir.
Bir daha xatırladaq ki, bu həftə də Birliyin mühəndisləri Sabunçu, Maştağa, Mərdəkan və Xırdalan xidmət sahələrində səhər saat 09:00-dan 18:00-dək həftənin 7 günü xidmətlərini davam etdirirlər. Bundan başqa bazar günü abonentlər "Azəriqaz" İB-nin Bakı Regional Qazın Satışı Departamentinin Babək prospekti 22/24-də yerləşən inzibati binasına da müraciət edə bilərlər.