Bu rayonların qaz təchizatında fasilə olacaq
Bu rayonların qaz təchizatında fasilə olacaq
13 Sentyabr 2019 11:52 İqtisadiyyatSentyabrın 13-də səhər saat 09:00-dan "Qaz İxrac" İdarəsinin balansında olan yeni çəkilmiş yüksək təzyiqli qaz xəttinin mənbəyə birləşdirilməsi işləri icra olunduğu üçün Ucar və Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb. "Azəriqaz" İstehsalat Birliyindən "OLAYLAR"-a bildirilib ki, bundan başqa saat 09:00-dan orta təzyiqli yeraltı qaz xətti üzərində qaz tənzimləyicisinin quraşdırılması ilə bağlı Cəlilabad rayonunun bir hissəsi və 10:00-dan aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Lənkəran rayonunun bir hissəsində qazın verilişinə fasilələr tətbiq edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31