Şahin Mustafayev: "Ötən il Azərbaycanla Sverdlovsk vilayətinin ticarət dövriyyəsi 95 milyon dollara çatıb"
Şahin Mustafayev: "Ötən il Azərbaycanla Sverdlovsk vilayətinin ticarət dövriyyəsi 95 milyon dollara çatıb"
11 Sentyabr 2019 14:59 İqtisadiyyatAzərbaycanla Rusiyanın Sverdlovsk vilayəti arasında ticarət dövriyyəsi keçən il 2 dəfəyədək artaraq 95 milyon dollara çatıb. "Olaylar" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev deyib. Bildirib ki, Azərbaycan-Sverdlovsk vilayəti arasında əməkdaşlığın inkişaf etdirilməsi bizim prioritet istiqamətlərdən biridir: "Sverdlovsk vilayəti Rusiyanın iqtisadi baxımdan ən çox inkişaf etmiş regionlarından biridir. Vilayətin böyük potensialı var. Azərbaycan Sverdlovsk ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31