Zabrat qəsəbəsində qaz təchizatı dayandırılacaq

Zabrat qəsəbəsində qaz təchizatı dayandırılacaq

Sentyabrın 10-da səhər saat 12:00-dan etibarən "Zabrat-əhali" orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Sabunçu rayonunun Zabrat qəsəbəsində qaz təchizatı dayandırılacaq.  "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olan məlumata görə, gün ərzində "Zabrat-2", Bilgəh qəsəbələri, eləcə də Şəmkir rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsində də qazın verilişində qısamüddətli fasilələr müşahidə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31