"Azəri-Çıraq-Günəşli"nin qaz ehtiyatı 350, “Ümid”in ehtiyatı isə 200 milyard kubmetrdir
6 İyun 2012 16:28 İqtisadiyyat"Azəri-Çıraq-Günəşli" strukturunun qaz ehtiyatı 350 milyard kubmetr təşkil edir. "OLAYLAR"ın məlumatına görə, bu barədə Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib. Onun sözlərinə görə, hazırda strukturdakı kondensat ehtiyatı 45 milyon tondur: "Şahdəniz" yatağında qaz ehtiyatı 1,3 trilyon kubmetr, kondensat ehtiyatı isə 240 milyon ton təşkil edir. Ümumiyyətlə, "Şahdəniz"in ikinci fazası çərçivəsində illik qaz hasilatı 16 milyard kubmetr təşkil edəcək. Yatağın birinci və ikinci fazalarının işlənməsi nəticəsində isə qaz hasilatı 26 milyard kubmetrə çatdırılacaq". ARDNŞ rəsmisi vurğulayıb ki, "Ümid" yatağının qaz ehtiyatı 200 milyard kubmetr, kondensat ehtiyatı 40 milyon ton, "Babək" yatağında isə müvafiq olaraq 400 milyard kubmetr və 80 milyon ton təşkil edir.