Şahin Mustafayev: "Azərbaycanda Bolqarıstan kapitallı 11 şirkət fəaliyyət göstərir"

Şahin Mustafayev: "Azərbaycanda Bolqarıstan kapitallı 11 şirkət fəaliyyət göstərir"

Hazırda Azərbaycanda Bolqarıstan kapitallı 11 şirkət fəaliyyət göstərir. "Olaylar" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir qeyd edib ki, Azərbaycan ilə Bolqarıstan arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, investisiyaların qorunması, ikiqat vergitutmanın aradan qaldırılması, nəqliyyat, gömrük, turizm və digər sahələrdə 80-dən çox sənəd imzalanıb. Nazir Azərbaycandakı sənaye parklarında tətbiq olunan güzəştlərdən Bolqarıstan sahibkarlarının da yararlana biləcəyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31